"Atatürk Olimpiya" stadionunda 63 min 324 azarkeş
	 
	Avropa Liqasının 1/16 finalında dünən keçirilən "Beşiktaş" - "Liverpul" cavab oyununda yeni rekord müəyyənləşib.
	 
	Sportal.az UEFA-nın saytına istinadən xəbər verir ki, həmin qarşılaşmanı stadiondan 63 min 324 azarkeş izləyib. Bu, Avropa Liqasının tarixində mütləq rekorddur.
	 
	Qeyd edək ki, "Beşiktaş" "Liverpul"u penaltilər seriyasında 5:4 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.
                      
saytlarin hazirlanmasi