"Beşiktaş" və "Dnepr"in 1/8 finaldakı rəqibləri məlum oldu

16:41 - 27 Fevral 2015

Püşklər atıldı
 
Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.
 
Sportal.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə 16 komanda 8 cütlük təşkil edib.
Türkiyənin yeganə təmsilçisi "Beşiktaş” da mübarizə aparacaq. Adlı-sanlı "Liverpul”u mübarizədən kənarlaşdıran "ağ-qaralar”ın növbəti rəqibi Belçika təmsilçisi "Brügge”di. İstanbullular ilk oyunu səfərdə keçirəcək. Digər cütlüklər isə aşağıdakı kimidir:

1/8 final
"Everton” (İngiltərə) - "Dinamo” (K, Ukrayna)

"Dnepr” (Ukrayna) - "Ayaks” (Hollandiya)

"Zenit” (Rusiya) - "Torino” (İtaliya)

"Volfsburq" (Almaniya) - "İnter” (İtaliya)

"Vilyarreal” (İspaniya) - "Sevilya” (İspaniya)

"Napoli” (İtaliya) - "Dinamo” (M, Rusiya)

"Brügge” (Belçika) - "Beşiktaş” (Türkiyə)

 "Fiorentina” (İtaliya) - "Roma” (İtaliya)

 Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 12-də, cavab qarşılaşmaları 19-da keçiriləcək.

Xəbər xətti