"Qəbələ"dən Əbülfəs Qarayevə hədiyyə FOTOLAR

20:05 - 3 Mart 2015

Paytaxtda Qəbələ günü
 
Azərbaycanın qədim və zəngin mədəniyyətinin təbliğ olunması, regionlararası mədəni əlaqələrin gücləndirilməsi, bölgələrin turizm potensialının işıqlandırılması məqsədi ilə "Bölgələrdən paytaxta" layihəsi çərçivəsində Bakıda - Gənc Tamaşaçılar Teatrında "Qəbələ günü" keçirilib.
 
Sportal.az "Qəbələ"nin saytına istinadən xəbər verir ki, layihə çərçivəsində, Qəbələnin adət-ənənələrini, tətbiqi sənət, mətbəx nümunələrini, sosial-iqtisadi inkişafını və turizm potensialını əks etdirən sərgi təşkil edilib. Sərgidə "Qəbələ" İdman Klubu da təmsil olunub.
 
"Qəbələ"nin müxtəlif idman növlərində beynəlxalq turnirlərdə qazandığı kuboklar, medallar və klub aksessuarları nümayiş etdirilib. Paytaxt sakinlərinin marağına səbəb olan sərgidə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, millət vəkili Fəttah Heydərov və Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev də iştirak edib. "Qəbələ" İdman Klubunun stendini ziyarət edən fəxri qonaqlara klubun atributları hədiyyə olunub.
 

Xəbər xətti