"Gənc qapıçılar"ın yetirmələrindən biri "Qəbələ"yə", digəri isə... FOTOLAR

14:17 - 4 Mart 2015

Məşqlər davam edir

 

Daha öncədə xəbər verdiyimiz kimi məşğələləri "Kəpəz" futbol klubunun təcrübəli qapıçıları Xəyal Zeynalov və Tariyel Hüseynov aparır. Təhsil Respublika İdman Mərkəzinin Gəncə Filialının məşqçi müəllimləri təlimə 20-yə yaxın yeniyetmə qapıçı dəvət ediblər ki, bu uşaqlardan da 6-11 yaş arasındakı uşaqlara üstünlük verilir. 

 

Sportal.az-a açıqlamasında Xəyal Zeynalov məşqlərin gedişatı barədə bunları qeyd edib:

 

"Hazırlıqlarımız davam edir. Uşaqların günü-gündən irəli getməsi üçün əlimizdən gələni edirik. AFFA da öz diqqətini və qayğısını bizdən əsirgəmir. Bunun da nəticəsidir ki, artıq bir yetirməmiz "Qəbələ"nin Futbol Akademiyasına, digəri isə "Kəpəz"in əsas heyətinə düşə bilib. Yaxın vaxtlarda bölgələrə gedərək seleksiya ilə də məşğul olacağıq."

 

 

Xəbər xətti