U-10 liqası
U-10 liqasında qış fasiləsinə yekun vurulub. "Əlincə" 10-cu turun oyunları çərçivəsində "Bakı"nın təlim-məşq bazasında "Sərhədçi" ilə qarşılaşıb.
Sportal.az xəbər verir ki, Oyuna “Əlincə” daha fəal başlayıb. Bunun nəticəsi kimi, ardıcıl olaraq vurduğu qollar komandanın fasiləyə 5:0 üstünlüklə yollanmasını təmin edib.
İkinci hissədə də “Əlincə” oyuna diqtə edib. Növbəti 15 dəqiqədə daha iki dəfə fərqlənib, qapısından 1 qol buraxan baş məşqçi Elçin Əliyevin yetirmələri yekunda qarşılaşmadan 7:1 hesablı qələbəylə ayrılıb.
“Əlincə”nin heyətində Amin Qarayev pokerə (4 qol) imza atıb. İbrahim Yusifov isə dubl müəllifi olub. Digər qol isə Rövşən Nəzərovun adına yazılıb.