"Qəbələ" 1 itki ilə "Simurq"la oyuna hazırlaşır

00:26 - 11 Mart 2015

Dodo komandadan ayrı düşüb
 
“Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununun hazırlıqlarına start verib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXV turunun “Sumqayıt”la matçdan sonra (2:0) bir gün istirahət edən “qırmızı-qaralar” dünən ilk məşqinə çıxıb.
 
Martın 13-də Zaqatala şəhər stadionunda “Simurq”a qarşı keçiriləcək matça doğma meydanda hazırlaşan komanda tam heyətlə məşq edə bilməyib. Zədə üzündən komandadan ayrı düşən Dodo hazırlıqdan kənar qalıb.
 
Roman Qriqorçukun futbolçuları bu gün də Qəbələdə məşq edəcək. Komandanın martın 12-də səfərə yollanması planlaşdırılıb.
 
Qeyd edək ki, "Simurq" - "Qəbələ" cavab oyunu martın 13-ü, saat 17:00-da başlayacaq.

Xəbər xətti