"Avrokuboklara yolumuz yalnız Premyer Liqadan keçir"
“İnter”lə oyuna çox yaxşı hazırlaşmışıq. Fikrimiz yalnız qələbə qazanmaqdır. Səfər matçında 3 xal qazanmağa köklənmişik. Kollektiv oyun nümayiş etdirib, meydanda vahid komanda kimi mübarizə aparsaq, bunu bacararıq".
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Cavid Hüseynov Azərbaycan Premyer Liqasının 27-ci turunda "İnter"lə görüşöncəsi klubun saytına dəyib. O, komanda yeni formalaşdığını bildirib:
"Bu üzdən bizə zaman lazım idi. Bizim də kifayət qədər vaxtımız olub. Artıq hər şey sabitliyə doğru gedir. İndiki mövqeyimizdən razı deyilik. Bunu düzəltmək üçün qələbələr qazanmalıyıq. Çempionatın son 3 oyununda qalib gəlmişik. “İnter”lə oyunda bu seriyanın daha uzunmüddətli olması üçün çalışacağıq".
C.Hüseynov onu da deyib ki, hazırda bütün fikirlərini çempionata yönəldiblər:
"Düzdür, çempionatla yanaşı, kubokda da uğurlu çıxış edib, finala qədər irəliləmək istəyirdik. İndi bütün fikrimizi çempionata yönəldəcəyik. Çünki avrokuboklara yolumuz yalnız Premyer Liqadan keçir. Hər matça qələbə üçün çıxıb, 3-4-cü yerlər uğrunda mübarizə aparacağıq”.
saytlarin hazirlanmasi