Komanda martın 23-də bir araya gələcək
Ötən gün Premyer Liqanın 26-cı turunda səfərdə "İnter"ə qalib gələn "Qəbələ" istirahətə buraxılıb.
Sportal.az xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk futbolçulara dincəlmək üçün 4 gün vaxt verib. Ayın 23-də bir araya gələcək komanda növbəti turun hazırlıqlarına başlayacaq. Komandada yeganə itki braziliyalı futbolçu Dodo ilə bağlı olacaq. Hazırda vətənində olan yarımmüdafiəçi zədəsini sağaldmaqla məşğuldu onun ayın sonlarında komandaya qoşulacağı gözlənilir.
saytlarin hazirlanmasi