Konoplyanka Kasilyasa qol vursa...

18:45 - 24 Mart 2015

Ukrayna millisinin aparıcı üzvü iddialı danışdı
 
AÇ-2016-nın seçmə mərləsində ən maraqlı oyunlarından biri də C qrupunda keçiriləcək.
 
Sportal.az xəbər verir ki, martın 27-də İspaniya yığması döğma meydanda Ukrayna millisini qəbul edəcək. Hazırda 4 oyundan hərəyə 9 xal toplayan komandalar qrupda 2-ci və 3-cü yerləri bölüşürlər. Bu oyunun favoriti ispanlar sayılsa da, Ukrayna millisinin aparıcı üzvlərindən biri olan Yevgeni Konoplyanka səfərdə sürpriz edəcəklərini deyib:
 
“Milli komandanın oyun günü  mənim üçün bayramdır. İspaniya millisi ilə qarşılaşmanı səbirsizliklı gözləyirəm.  Rəqibin gücündən asılı olmayaraq, səfərdən qələbəylə dönmək istəyirik. Əgər İker Kasilyasa qol vursam,  onda kameralar qarşısında göz vuracağam.  İstərdim ki, mənim vurduğum qol da Ukraynaya qələbə gətirsin”. 

Xəbər xətti