Komanda ilk oyununu keçirib
"Qəbələ”nin 14 yaşlılardan ibarət komandası Hollandiyada ilk oyununu keçirib.
Sportal.az xəbər verir ki, martın 23-dən başlayaraq "Zanbaqlar ölkəsi”ndə olan Akademiya direktoru Stenli Brardın başçılıq etdiyi kollektiv tanınmış "Feyenoord” klubundan olan həmyaşıdları ilə üz-üzə gəlib.
Yoxlama oyunu öncəsi "qırmızı-qaralar” Hollandiyanın ən böyük və tanınmış şəhərlərindən olan Rotterdama yollanaraq şəhərlə tanış olublar. Komandanın üzvləri "Feyenoord”un ev matçlarını keçirdiyi "De Kuip” stadionunu gəziblər.
Yoxlama oyunu meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. "Qəbələ”nin qollarını İdris İnqilablı və Məhəmməd Məhərrəmov vurublar.
Qeyd edək ki, U-14 Hollandiyada olduğu müddətdə "Tekstel Cup” adlanan və əsasən, Hollandiya komandalarının iştirakı ilə təşkil olunacaq ənənəvi turnirdə çıxış edəcək. Səkkiz komandanın mübarizə aparacağı və 2 gün davam edəcək yarışda "Qəbələ”li yeniyetmələr Hollandiyanın məşhur "Feyenoord”, "Alkmaar”, "Qroningen” klublarından olan yaşıdları ilə qarşılaşacaqlar.
saytlarin hazirlanmasi