"Qəbələ"dən 4 qızıl medal

01:21 - 27 Mart 2015

8 nəfərlə yollandı
 
“Qəbələ” İdman Klubunun yeniyetmə boksçuları Rusiyanın Həştərxan vilayətinin Xarabali şəhərində təşkil olunan eyniadlı rayonun açıq turnirində iştirak edib.
 
Sportal.az xəbər verir ki, Böyük Vətən Müharibəsində qələbənin 70 illiyinə və həlak olan beynəlmiləl döyüşçülər, sərhədçilər, lokal münaqişə iştirakçılarının xatirəsinə həsr olunan yarış Ümumrusiya turniri çərçivəsində baş tutub. 
 
“Qəbələ” bu turnirdə 8 boksçu ilə təmsil olunub. Onlardan 4-ü yarışı fəxri kürsüdə başa vurub. Onların hamısı rinqdən qızıl medalla ayrılıb. Emin Həmzəyi 30 kq, Cavadxan Şahbazbəyli 36 kq, Maşallah Tağıyev 52 kq şəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək çempion adına yiyələnib. 
Qəbələ rayon bölməsinin yetirməsi olan Cavidan Sərkarlı da komanda yoldaşları kimi fəxri kürsünün ən 1-ci pilləsinə yüksəlib.

Xəbər xətti