"Qəbələ"dən qələbə və məğlubiyyət

01:00 - 29 Mart 2015

Komanda daha iki oyun keçirəcək
 
“Qəbələ”nin 14 yaşlılardan ibarət komandası Hollandiyada keçirilən “Tekstel Cup” turnirində mübarizəyə başlayıb.
 
Sportal.az xəbər verir ki, martın 23-dən “Zanbaqlar ölkəsi”ndə olan Xaqani Məmmədovun baş məşqçisi olduğu komanda turnirin ilk oyun günündə 3 matça çıxıb.
 
Hollandiyanın şimalında yerləşən Teksten adasında keçirilən yarışda 6 komanda dairəvi sistemlə mübarizə apardığından iki gün davam edən turnirin birinci günündə 3 tur keçirilib. “Qəbələ” ilk qarşılaşmada “Tvente” ilə üz-üzə gəlib. Məhəmməd Məhərrəmovun fərqləndiyi matçda hollandiyalılar qalib gəlib – 2:1.
 
“Qırmızı-qaralar” ikinci oyununda “Qroningen”lə qolsuz heç-heçəyə nail olub. “Alkmaar”la görüşdə 1:0 hesabı ilə qalib gələn “Qəbələ” 3 xalı İbrahim Camalovun qolu qazandırıb.
 
Sabah “Qəbələ” daha iki oyun keçirəcək. “Qırmızı-qaralar” əvvəl “Feyenoord”, ardınca “Tessel-94” ilə qarşılaşacaq.
 
Qeyd edək ki, “Qəbələ” turnirdən əvvəl “Feyenoord”la yoxlama oyununda qüvvəsini sınamışdı. Həmin matçda Rotterdam təmsilçisi qalib gəlmişdi – 3:2.

Xəbər xətti