"Qəbələ" "Feyenoord"la heç-heçə etdi, 4-cü oldu

00:06 - 30 Mart 2015

Komanda son iki oyununu keçirdi
 
Hollandiyada 14 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən “Teksel Cup” turnirinə yekun vurulub.
 
Sportal.az xəbər verir ki, “Zanbaqlar ölkəsi”nin 5 klubu ilə birlikdə mükafat uğrunda mübarizə aparan “Qəbələ”nin U-14 komandası yarışın ikinci günündə son 2 matçını keçirib. Xaqani Məmmədovun baş məşqçisi olduğu komanda günü 1 xalla başa vurub. 
“Teksel-94”ə 0:1 hesabı ilə uduzan “qırmızı-qaralar” “Feyenoord”la qarşılaşmadan heç-heçəylə ayrılıb.
 
Bununla da yarışın ilk günündə 4 xal toplayan “Qəbələ” turniri 5 xalla başa vurub. "Qəbələ" bu nəticə ilə 4-cü olub. Turnirin qalibi adına isə 11 xal qazanan “Tvente” yiyələnib. “Qroningen” 7 xalla 2-ci, eyni xala malik “Feyenoord” 3-cü olub. "Qəbələ" 4 xal toplayan “Tessel-94” və cəmi 3 xalı olan “Alkmaar”ı arxada qoyub.
 
Qeyd edək ki, “Qəbələ” yarışın ilk günündə 3 oyun keçirmişdi. “Tvente”yə 1:2 hesabı ilə uduzan “qırmızı-qaralar” “Qroningen”lə qolsuz heç-heçə edib, “Alkmaar”a qalib gəlmişdi – 1:0.

Xəbər xətti