"Bu qədər də uzatma dəqiqələri olar?"
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Hollandiya ilə səfərdə heç-heçə (1:1) edən Türkiyə millisinin baş məşqçisini Fatih Terimi ilk təbrik edən Joze Mourinyo olub.
Sportal.az xəbər verir ki, oyundan dərhal sonra “Çelsi”nin portuqaliyalı çalışdırıcısı mobil telefonundan sms-lə “İmperator”u təbrik edib.
Joze Mourinyo türkiyəli həmkarına belə yazıb: “Türkiyə millisi səfərdə mükəmməl oyandı. Hətta komandanız qələbəyə layiq idi. Lakin hakimin oyuna əlavə etdiyi 6 dəqiqəni başa düşmədim. Bu qədər də uzatma dəqiqələri olar?”
saytlarin hazirlanmasi