15 yaşlılardan növbəti qələbə
Bu gün U-15 liqasında növbəti turun görüşləri baş tutub.
Sportal.az xəbər verir ki, "Əlincə" 24-cü turun oyunları çərçivəsində evdə “Sumqayıt”la qarşılaşıb. Qarılaşmanın ikinci hissənin əvvəlində Emil Qasımovun oyundaşına qaldırdığı asmanı rəqib futbolçu öz toruna salıb. Bundan sonra bir qədər də təzyiqi artıran baş məşqçi Arif Abasovun yetirmələri bu dəfə Hacı Qasımovun qoluna sevininb. Oyunda “son sözü” isə Tahir Zeynalov deyib. Futbolçu əlinə düşən qol şansını düzgün dəyərləndirərək yekunda “Əlincə”nin 3:0 hesablı qələbəsini rəsmiləşdirib.
Beləliklə, “Əlincə” 24-cü turu 3:0 hesablı qələbəylə bitirib.
saytlarin hazirlanmasi