"Qəbələ"dən daha iki qələbə

11:27 - 2 Aprel 2015

"VI Manavqat" turniri

 

“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası Türkiyədə təşkil olunan ənənəvi beynəlxalq “VI Manavqat” turnirində növbəti oyunlarını keçirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qırmızı-qaralar” qrup mərhələsinin 3-cü matçında Danimarka təmsilçisi “Nordsyelland”a 0:2 hesabı ilə uduzsa da, son iki turda maksimum nəticə göstərib. “Özerspor”u Ruslan İsmayılov və Rauf Məhərrəmovun qolları ilə 2:1 məğlub edən komandamız ardınca “Seyrantəpəspor”la görüşüb. Bu matçın taleyini Bayraməli Qurbanovun qolu həll edib – 1:0.
 

İlk oyun günündə “Berlin Türkiyemspor”u 1:0 hesabı ilə məğlub edib, “Qalatasaray”dan 2 cavabsız qol buraxan Ülfət Mədətovun komandası qrup mərhələsini 9 xalla başa vurub.

Beləliklə, 6 komandanın iştirak etdiyi qrupda 3-cü yeri tutan “Qəbələ” 9-16-cı yerlər uğrunda mübarizə aparacaq. “Qırmızı-qaralar” aprelin 2-dəki ilk matçında “Osmanlıspor”la qarşılaşacaq. Bu matç saat 11:30-da başlayacaq.

Xəbər xətti