U-15 Liqası
Bu gün U-15 liqasında 22-ci turdan təxirə salınmış qarşılaşma baş tutub.
Sportal.az xəbər verir ki, "Əlincə" doğma meydanda “Qarabağ”la üz-üzə gəlib. Görüşə “ağ-narıncılar” daha fəal başlayıb. Bunun nəticəsində cərimə zərbəsindən sonra Əli Hacıyev hesabı açıb. Ancaq çox keçməmiş Ağdam təmsilçisi tarazlığı bərpa edib. Belədə hücuma daha çox diqqət ayırmağa məcbur olan "Əlincə" bu dəfə Emil Qasımovun qolu ilə önə keçib.
İkinci yarıda “Əlincə” meydan boyu top gəzdirməklə oyuna diqtə etdiyini göstərib. Növbəti dəfə rəqib qapısına yol tapan Qasımov dublunu da rəsmiləşdirib. Sona doğru rəqib müdafiəsindəki boşluqdan yararlanan Hacı Qasımov da qolçular siyahısına adını yazdırıb- 4:1.
saytlarin hazirlanmasi