"Qəbələ" "Borussiya" və "Kasımpaşa"ya məğlub oldu

08:53 - 7 Aprel 2015

Əyalət təmsilçisindən 2 qələbə
 
"Qəbələ"nin U-17 komandası ilə yanaşı, qüvvəsini ölkə xaricində təşkil olunan turnirdə sınayan 12 yaşadək futbolçulardan ibarət komandası isə ənənəvi “İzmir kuboku”nda mübarizə aparıb.
 
Sportal.az xəbər verir ki, 21 ölkədən olan 48 komanda arasında olan “qırmızı-qaralar” G qrupunda yer qalıb. Almaniya təmsilçisi Mönhenqladbax “Borussiya”sına və Qırğızıstan “Bişkek”inə 0:4, Rumıniyalı əfsanə Georgi Hacının Futbol Akademiyası, “Altay” və “Bursaspor”a 0:1 hesabı ilə məğlub olan komandamız növbəti mərhələdə yerli klublarla üz-üzə gəlib. “Kasimpaşa”ya 0:1 hesabı ilə məğlub olan U-12 “Korriklu” ilə “sülh” bağlayıb – 1:1. “Başakşəhər”ə 1:4 hesabı ilə uduzduqdan sonra isə “qırmızı-qaralar” “İzmirspor” üzərində qələbə qazanıb - 3:0. Turnirin son günündə Almaniya “Vattenşayd”ı ilə qolsuz heç-heçə edən futbolçularımız “Kasımpaşa”ya yenilib – 0:3. İzmirdəki son matçında Bolqarıstanın “Ariston Ruse” komandasını sınağa çəkən “Qəbələ” Rəşad Əhmədov, Ülvi Mədətov və Emil Süleymanovun qolları ilə 3:0 hesablı qələbə qazanıb. 
 
İstanbul nəhəngləri “Qalatasaray”, “Beşiktaş”, “Fənərbaxça” ilə yanaşı, İtaliyanın “Yuventus” və “Roma”, Portuqaliyanın “Porto”, Ukraynanın “Dinamo” (Kiyev), Almaniyanın “Verder” və “Borussiya” (Mönhenqladbax), Hollandiyanın “Ayaks”, “Tvente” kimi məşhur klubların mübarizə apardığı yarışın qalibi adına isə İspaniya təmsilçisi “Atletik” layiq görülüb. Bilbao təmsilçisi finalda Fransanın PSJ klubunu məğlub edib – 2:1.

Xəbər xətti