"Qəbələ" italyanlarla belə heç-heçə etdi VİDEO

13:03 - 7 Aprel 2015

"Mario Maggoni – Walter - Richi” turniri

 

"Qəbələ”nin 17 yaşlılardan ibarət komandasının iştirak etdiyi İtaliyada keçirilən beynəlxalq turnir başa çatıb.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar” "A.S.D. Borgaro 1965” klubunun təşkilatçılığı ilə Turin şəhərində keçirilən "Mario Maggoni – Walter - Richi” turnirində 3 oyunda qüvvəsini sınayıb. 

 

Sayca 36-cı dəfə keçirilən çox nüfuzlu turnirin qrup mərhələsində təmsilçimiz adlı-sanlı "Sampdoriya” və "Parma”, həmçinin təşkilatçı klubla üz-üzə gəlib. Baş məşqçi Ramin Quliyev və köməkçisi Emin İmaməliyevin rəhbərlik etdiyi kollektiv genuyalılara 0:1, parmalılara 0:2 hesabı ilə uduzub. Qəbələlilər turniri meydan sahibləri "Borgaro" ilə qolsuz heç-heçə ilə başa vurublar. 

Sizə "Qəbələ"nin "Borgaro" ilə keçirdiyi qarşılaşmanın videosunu təqdim edirik.

Xəbər xətti