"Qəbələ" 3 itki ilə "Simurq"la matça hazırdı

10:19 - 9 Aprel 2015

Komanda hazırlıqları tamamladı
 
Azərbaycan Premyer Liqasının 29-cu turunda "Simurq”la qarşılaşacaq "Qəbələ” oyunun hazırlığını başa vurub.
 
Sportal.az xəbər verir ki, görüşə matçın keçiriləcəyi Qəbələ stadionunda hazırlaşan "qırmızı-qaralar” oyunöncəsi son məşqini də doğma arenada keçirib. Roman Qriqorçukun komandası daha çox toplu çalışmalara üstünlük verib. Braziliyalılar Rafael Santos və Dodo, həmçinin rumıniyalı Aleksandru Benqa istisna olmaqla, bütün futbolçular hazırlıqda iştirak edib. Belə ki, yüngül zədədən sonra bərpa prosesi keçən Rafael və Aleksandru fərdi məşqlə kifayətləniblər. Zədədən sonra hələ məşqlərə başlamayan Dodo isə çalışmalara qatılmayıb.
 
Qeyd edək ki, bu gün keçiriləcək "Qəbələ” – "Simurq” oyunu saat 19:00-da başlayacaq. Qarşılaşma "İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər xətti