Bombardirlərə mükafat
Premyer Liqanın XXIX turunda bu gün “Xəzər Lənkəran” Mərkəzi stadionunda keçirilmiş “Xəzər Lənkəran” – “Neftçi” oyununun fasiləsində 2 yeniyetmə futbolçu AFFA tərəfindən mükafatlandırılıb.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mikayıl Nərimanoğlu AFFA-nın təşkilatçılığı ilə keçirilən Atena U-12 Liqa və U-13 Liqasının 2013/2014-cü il mövsümünün bombardirləri – müvafiq olaraq, Musa Musazadə və Tural Bayramovu təbrik edib, onlara peşəkar futbolçu karyerası qurmaq yolunda uğurlar arzulayıb. M.Nərimanoğlu hər iki futbolçuya AFFA-nın hədiyyələrini təqdim edib.
Qeyd edək ki, Musa Musazadə ötən mövsüm Atena U-12 Liqada 41, Tural Bayramov isə U-13 Liqasında 52 qol vurub. Hər iki futbolçu bu uğura "Xəzər Lənkəran" komandasının heyətində nail olub.
saytlarin hazirlanmasi