Aşağı yaş qrupları üzrə...
“Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalarda növbəti oyunlarını keçirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, U-11, U-12 və U-13 komandalarının çıxış etdiyi Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında yarışlara yekun vurulduğundan, U-17 Liqada isə qısa fasilə yarandığından digər 4 təmsilçi qüvvəsini sınamalı idi. Amma bu oyunlardan biri baş tutmayıb. Keçirilən 3 oyunda isə “Qəbələ” 2 qələbə qazanıb, 1 heç-heçə edib.
U-16 səfərdə “Şirvan”la qolsuz heç-heçə edib. 22 matçda 57 xal toplamaqla vahid liderliyini davam etdirən “qırmızı-qaralar” növbəti turda “MKT-Araz”ı qəbul edəcək.
Səfərdə “Vətən”i 4:2 hesabı ilə məğlub edən U-15-in növbəti sınağı evdə olacaq. Komanda “Fortuna”nı sınağa çəkəcək. 22 qarşılaşmada 50 xal toplayan “Qəbələ” 2-ci pillədə qərarlaşıb.
U-14 Liqasının Paytaxt regionunun Bakı zonasında çıxış edən “qırmızı-qaralar” “Rəvan”ı 4 cavabsız qolla məğlub edib. Komanda növbəti turda “Neftçi” İK İB ilə görüşəcək.
U-19-un AZAL-la ev oyunu baş tutmayıb. Növbəti turda “İnter”in qonağı olacaq “Qəbələ” 23 oyundan sonra 47 xalla 2-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi