"Qəbələ"nin futbolçusu: "Bakıya qələbə üçün yollanacağıq"

18:29 - 12 Aprel 2015

"90-cı oyunumu oynadım"

 

Premyer Liqanın XXXIX turunun “Simurq”la oyunu (1:0) “Qəbələ”nin futbolçusu Ürfan Abbasov üçün əlamətdar olub. Müdafiəçi “qırmızı-qaralar”ın heyətində 90-cı matçını keçirib.

 

Sportal.az xəbər verir ki, Abbasov 6 oyunluq qələbə seriyası, yubiley, “Simurq”la ötən turun oyunu və “Neftçi” ilə qarşıdakı matç haqda fikirlərini gabalafc.az-la bölüşüb: 

 

“Komanda indi yaxşı formadadı. Bunun da nəticəsidi ki, ardıcıl qələbələr qazanırıq. Məşqçinin tapşırıqlarını tam yerinə yetirib, müsbət nəticələr əldə edirik. Bu uğurlu seriyanı davam etdirməyə çalışacağıq. Qalib gəldiyimiz “Simurq”la görüş də bizim üçün çox vacib idi. Bu komandadan cəmi 2 xal öndə idik. Həm də onlarla son oyunlarımızda nəticə qazana bilmirdik. Bu dəfə meydanı 3 xalla tərk etməyimiz çox vacib idi. Komandamız da buna nail oldu. “Qəbələ” mənə doğma komandadı. 90-cı oyunumu oynadım. İstəyirəm 100-cü, 1000-ci oyunumu da burada keçirim. Növbəti turun “Neftçi” ilə oyunu da çətin olacaq. Bu matçda yalnız qələbə haqda düşünürük. Qarşılaşmanın hazırlıqlarına bu gün start veririk. Bakıya qələbə üçün yollanacağıq. 3 xaldan başqa heç nə haqda fikirləşmirik”.

 

Qeyd edək ki, XXX turun “Neftçi” - “Simurq” qarşılaşması aprelin 17-də keçiriləcək.

Xəbər xətti