Cavid Hüseynov: "Fanatlara qollarımın davamının gələcəyini söz verə bilərəm"
"Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynov Premyer Liqanın 30-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçiriləcək oyun öncəsi klub qəzetinə açıqlama verib.
Sportal.az həmin açıqlamanı təqdim edir:
“Neftçi” sıradan bir rəqib deyil, Azərbaycan futbolunun flaqmanıdır. Vaxtilə “Neftçi”də oynadığımdan, hər dəfə bu kluba qarşı meydana çıxanda, gözəl hisslər yaşayıram. Açığı, flaqmana qarşı görüşlər mənim üçün heç də prinsipial deyil, əvəz çıxmaq fikrim olmur. Sadəcə, böyük motivasiya ilə meydana çıxıram. Sözsüz ki, “Neftçi”ni məğlub etmək istəyirik. Çünki indiki dövrdə bizi ancaq 3 xal qane edir. Elə azarkeşlərimizi də yalnız qələbə düşündürür. Buna nail olmaq üçün əlimizdən gələni edəcəyik”.
27 yaşlı futbolçu keçmiş klubuna qol vuracağına inanır: “Fanatlara qollarımın davamının gələcəyini söz verə bilərəm. “Neftçi”dən gedəndən sonra “Bakı”nın heyətində bu komanda ilə oyunda fərqlənmişəm. “Qəbələ”də də “Neftçi” ilə görüşlərdə qol hesabımı açacağıma ümidvaram”.
saytlarin hazirlanmasi