Aleksey Qay: "Bu seriyanın 7 matçdan ibarət olması isə artıq statistikadır"
Ardıcıl 7 qələbə ilə Premyer Liqada mövsümün rekorduna imza atan "Qəbələ” son turda paytaxtda "Neftçi”ni məğlub etdi.
Sportal.az xəbər verir ki, "Qəbələ”nin 3:1 hesabı ilə qalib gəldiyi oyundan sonra komandanın futbolçusu Aleksey Qay klubun saytına danışıb:
"Ardıcıl 7 qələbə qazandıq. Vacib olan qalib gəlməyimizdir, bu seriyanın 7 matçdan ibarət olması isə artıq statistikadır. "Neftçi” ilə qarşılaşmada daha təşkilatlanmış oyun göstərdik. Bunun da nəticəsində rəqibimizə özünün güclü tərəflərini nümayiş etdirməyə imkan vermədik. Bunu təkcə rəqibi yaxşı təhlil etməklə əlaqələndirməzdim. Qarşılaşmaya tam konsentrasiya olmuşduq. Baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirib, istədiyimiz nəticəni qazandıq. Heç vaxt turnir cədvəlinə baxıb, fikir söyləmirəm. Bu üzdən bürünc mükafat şanslarından danışmaq istəmirəm. Biz hər oyunda maksimum nəticə üçün mübarizə aparırıq. Düzdür, komandamızın qollarından birinə imza atdım. Amma futbolda vurulan qol bütün komandamın əməyinin nəticəsidir”.
saytlarin hazirlanmasi