Premyer Liqada bədbəxt hadisə

15:11 - 19 Aprel 2015

24-cü turda faciə

 

Rusiya Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilən "Rubin" - "Ural" (2:1) matçında bədbəxt hadisə yaşanıb.

 

Sportal.az xəbər verir ki, oyunun gedişatı zamanı halı pisləşən meydan sahiblərinin 17 yaşlı azarkeşi İlham Xarisov huşunu itirib. O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, azyaşlı azarkeşin ölüm səbəbi tam bəlli deyil. 

Xəbər xətti