Sankt-Peterburq təmsilçisini Qameyro “yıxdı”
	 
	Avropa Liqasında ¼ final mərhələsinin cavab oyunları keçirilib. 
	 
	Sportal.az xəbər verir ki, turnirin son qalibi “Sevilya” səfərdə  “Zenit”lə qarşılaşıb. 
	 
	ilk qarşılaşmada ispanlara 2:1 yenilən Sankt-Peterburq təmsilçisini cavab oyununda  minimal hesablı qələbə də bəs edirdi. 
	 
	Meydan sahibləri hesabda önə çıxsalar da, 85-ci dəqiqədə Qameyronun bərabərlik qolu matçın əlavə 30 dəqiqə artırlmasına ehtiyac olmadığını göstərib.     
	 
	 
	"Zenit" (Rusiya) - "Sevilya" (İspaniya)  2:2
	Qollar: Rondon, 48, Halk, 72 - Bakka, 6-pen, Qameyro, 85
	 
	
                      
saytlarin hazirlanmasi