"Qəbələ"nin futbolçusu İtaliyaya gedir

16:27 - 26 Aprel 2015

Ruslan Əmircanov Romada həkim müayinəsindən keçəcək
 
"Qəbələ"nin futbolçusu Ruslan Əmircanov Romaya gedir.
 
Sportal.az aut.az-a istinadən xəbər verir ki, futbolçu İtaliyanın paytaхtında həkim müayinəsindən keçəcək.
 
Ruslanın durumuna bundan sonra aydınlıq gələcək. Həkimlər cərrahiyyə əməliyyatına ehtiyac duysa, əməliyyat olunacaq. Əks halda isə müalicə ediləcək.
 
Qeyd edək ki, Ruslan ötən ilin oktyabrında ağır zədə almışdı.

Xəbər xətti