"Məşqçiliyə qayıtmaqda bir məna görmürəm"
"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams bu klubda idman direktoru vəzifəsində çalışmasından məmnun olduğunu dilə gətirib.
Sportal.az xəbər verir ki, o, bunları söyləyib:
"Mən komandadakı bütün futbol işlərinə nəzarət edirəm. Geridə qalan beş il ərzində İngiltərədə "Arsenal" istisna olmaqla, bütün klublarda baş məşqçi dəyişikliyi olub. Ona görə də mən məşqçiliyə qayıtmaqda bir məna görmürəm. "Qəbələ" ilə üç illik müqaviləm var. Fikrimcə, müqavilənin sonunadək bu postda qalacağam.
Son dörd ildə Azərbaycan çempionatında inanılmaz dəyişikliklərin olduğunu görürəm. "Qarabağ", "Qəbələ", "Neftçi", "Xəzər Lənkəran" və "İnter"də gözəl futbol akademiyası var. Ən yaxşı futbol akademiyası, ən yaxşı akademiya direktoru isə məhz bizim klubdadır".
saytlarin hazirlanmasi