"Burada futbol oynamaqdan zövq alıram"
"Təkliflər var, ancaq bu barədə heç nə söyləməyəcəm. "Qəbələ" rəhbərliyi artıq mənə komandada qalmağı təklif edib. Cavabımı gözləyirlər".
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin nigeriyalı futbolçusu Ekiqo Ehiosun deyib.
Ölkəsinin mətbuatına danışan futbolçu Azərbaycan karyerası haqda danışıb: "Azərbaycandakı futbol həyatım haqda yaxşı fikirlər söyləyə bilərəm. Çempionat inkişaf edir, ən əsası da burada futbol oynayıram. Azərbaycan Premyer Liqasında güclü rəqabət var. Burada futbol oynamaqdan zövq alıram. Digər şəhərlər elə də yaxşı deyil. Lakin paytaxt Bakı böyük və gözəl şəhərdi. Futbol oynamaqla yanaşı, aldığım maaşdan da məmnunam. Bu mənada deyə bilərəm ki, burada həqiqətən də əylənirəm".
saytlarin hazirlanmasi