"Qəbələ"nin braziliyalısı "Qarabağ"la matçda da oynamayacaq

00:17 - 29 Aprel 2015

Komanda hazırlıqlara start verdi
 
Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində mayın 2-də “Qarabağ”la qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarına start verib.
 
Sportal.az xəbər verir ki, “Xəzər Lənkəran”la aprelin 25-də səfərdə keçirilən XXXI turun oyununun (1:0) ertəsi günü Bakıda məşq edib, Qəbələyə qayıdan komanda dünən çalışmalarını doğma meydanda bərpa edib. 
 
Bir günlük istirahət edən komandanın hazırlıqlarına fizioterapiya kursu keçən Dodo qatılmayıb. Braziliyalı yarımmüdafiəçi “Qarabağ”la oyunda komandasına kömək edə bilməyəcək. Roman Qriqorçukun yetirmələri oyunadək hazırlıqlarını Qəbələ şəhər stadionunda davam etdirəcək.
 
Qeyd edək ki, mayın 2-də Qəbələdə keçiriləcək qarşılaşma saat 19.00-da başlayacaq.

Xəbər xətti