"İşsiz qaldığım vaxtlarda əsəbləşməmişdim. Bu vəziyyəti sakit qəbul etdim. Böyük klublarda, gərginlik daha çox olur. Nəinki rəhbərlik və azarkeşlər, məşqçi belə özünə qarşı çox tələbkar olur. Bu gərginlikdən uzaqlaşmaq üçün 3 ay istirahət mənə bəs etdi. Getdikcə sıxılmağa başladım. Səhər yuxudan oyanırsan və bütün günü evdə keçirirsən. Səyahətlərdən də bezmişdim, işləmək istəyirdim. Artıq mən adi təklifləri də qəbul edirdim. Buna görə hamı məni qınayırdı. Deyirdilər ki, niyə daha səviyyəli liqaya yox, Azərbaycana getdim. Mənə isə sadəcə işləmək maraqlı idi. Fikirləşirdim ki, burdakı futbolçulara faydalı ola biləcəm, ya yox? Məsələ burasındadı ki, biri var Şevçenko kimiləri ilə işləyəsən, biri də var, daha aşağı səviyyəli oyunçularla. Görəsən, məndən sonra onlarda irəliləyiş oldu? Məncə, Azərbaycandakı işim pis alınmadı. Məşqçi üst səviyyədə olan futbolçularla necə çalışırsa, aşağı səviyyəli oyunçularla da elə işləməlidi".
Qeyd edək ki, Syomin 2013-2014 mövsümündə “Qəbələ”ni çalışdırıb.