"Məqsədimiz mövsümü "qızıl dubl"la başa vurmaqdı"

15:35 - 30 Aprel 2015

"Bakı" karyeramda xüsusi yer tutur

 

"Qəbələ"nin 17 yaşadək futbolçulardan ibarət komandası kubokun finalına vəsiqə qazanıb.

 

Sportal.az xəbər verir ki, Ramin Quliyevin yetirmələri yarımfinalda “Neftçi”dən olan yaşıdlarını üstələyib. 

 

“Bayıl Arena”dakı cavab matçı 2:2 hesabı ilə nəticələnib. Komandanın bombardiri Azər İsmayılov bu oyunda dubl edib. Qəbələdəki ilk oyunda qazanılan 3:2 hesablı qələbə "qırmızı-qaralar"ı finala çıxarıb.

 

Ramin Quliyev "Qəbələ İK" qəzetinə açıqlamasında bu nəticəni gözlədiklərini bildirib. Gənc məşqçi bunu komandanln böyük potensialının olması ilə əlaqələndirib: “Qəbələ” U-17-də böyük ümidlər bəslənilən futbolçular, milli üzvləri cəmləşib. Təsadüfi deyil ki, bu komanda ölkə çempionluğunu sona bir neçə tur qalmış təmin etdi. İndi məqsəd kuboku da qazanıb, mövsümü “qızıl dubl”la başa vurmaqdı. Finaladək irəliləmişiksə, kuboku qazanmağa borcluyuq. Həlledici matçda iki bərabərsəviyyəli komanda üz-üzə gələcək. Sadəcə, həmin gün daha hazırlıqlı qalib olacaq. “Bakı” karyeramda xüsusi yer tutur. Futbolçu kimi yetişməyimdə bu klubun rolu böyük olub. “Bakı”nın heyətində ölkə çempionluğu və kubok qazanmışam. Ancaq indi məşqçi kimi “Qəbələ”nin uğurları üçün çalışıram”.

 

Qeyd edək ki, mayın 4-8-i aralığında keçirilməsi nəzərdə tutulan matç Mərdəkanda “Dalğa Arena”da baş tutacaq.

Xəbər xətti