"Spartak" - "Zenit" duelində bərabərlik VİDEO

18:48 - 2 May 2015

Halk komandasını məğlubiyyətdən xilas etdi  
 
Rusiya Premyer Liqasında 26-cı turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, turun mərkəzi oyunu Moskvada “Spartak” və “Zenit” komandaları arasında baş tutub.
 
Cari mövsüm avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparan moskvalılar çempionluğa doğru gedən rəqibi üzərində qələbə qazanmağa yaxın olub. İlk yarıdan tərəflər qolsuz ayrılsalar da, ikinci hissənin əvvəlində meydan sahibləri hesabı açıblar.
 
48-ci dəqiqədə Romulo komandasını hesabda önə çıxarıb. Lakin paytaxt təmsilçisi minimal  üstünlüyünu oyunun son dəqiqələrində əldən verib. Belə ki, qonaqların braziliyalı ulduzu Halk komanadasını məğlubiyyətdən xilas edib.         
 
“Spartak” – “Zenit”  1:1
Qollar:
Romulo, 48 – Halk, 90

 

Xəbər xətti