Qriqorçuk: "Qürur duydum"

22:11 - 2 May 2015

"Hakimlər oyunu yaxşı və peşəkar səviyyədə idarə etdilər"
 
Bu gün Premyer Liqada 32-ci turun son matçında "Qəbələ" doğma meydanda "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk qarşılaşmaya belə şərh verib:
 
"Bu gün çox gözəl sözlər söyləmək istəyirəm. Mən gözəl oyun nümayiş etdirən futbolçularımla fəxr edirəm. Həftə ərzində futbolçularımın matça necə hazırlaşdığını görüb qürur duyurdum. Gərgin işin yekununda biz bu gün məğlub olmadıq. Mən bu gün hakimlikdən narazı qalmadım. Hakimlər oyunu yaxşı və peşəkar səviyyədə idarə etdilər".

Xəbər xətti