1/4 final matçı
“Neftçi”nin U-11 komandası ölkə çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, baş məşqçi Vaqif Əliyevin yetirmələri 1/4 finalda “Qarabağ”ı 3:1 hesabı ilə məğlub ediblər. Komandanın heyətində Ağadadaş Salyanski, Məmməd Əhmədov və Seymur Tapdıqov fərqləniblər.
Qeyd edək ki, “Neftçi” yarımfinal mərhələsində “Xəzər Lənkəran” klubu ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi