İstirahət bitdi, növbəti oyuna hazırlıq başladı
Premyer Liqada 33-cü turunda “Sumqayıt”la qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarına başlayıb.
Sportal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Qarabağ”la mayın 2-də evdə keçirilən 32-ci turun oyunundan (1:1) sonra iki gün istirahətə buraxılan “qırmızı-qaralar” bu gün çalışmalarını bərpa edib. Əvvəl fiziki hazırlıq keçən komanda ardınca toplu çalışamlara üstünlük verib.
Komandanın hazırlıqlarına 3 futbolçu qatılmayıb. Fizioterapiya kursu keçən Dodo və zədə səbəbindən müalicə olunan Ruslan Əmircanovla yanaşı, boğazında ağrılar olan Cavid Hüseynov da məşqə qatılmayıb. Onlar “Sumqayıt”la oyunda da komandaya kömək edə bilməyəcək.
Roman Qriqorçukun futbolçuları sabah Qəbələ şəhər stadionunda məşq keçəcək. Mayın 7-də komanda Bakıda bir araya gələcək.
Qeyd edək ki, "Sumqayıt" - "Qəbələ" matçı mayın 8-i saat 18:00-da başlayacaq.
saytlarin hazirlanmasi