Əyalət təmsilçisi Antalyaya deyil, Ərzuma üz tutur
Ardıcıl ikinci dəfə Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Qəbələ”nin yeni mövsümə hazırlıqla bağlı ilkin planı bəlli olub.
Sportal.az xəbər verir ki, əyalət təmsilçisi 2015/16 mövsümünə hazırlığa Türkiyədə start verəcək.
“Qırmızı-qaralar” həmişə təlim-məşq toplanışı keçdikləri Antalyada deyil, Ərzurumda hazırlıq keçmək fikrindədi. Komanda hazırlıqlara iyunun 8-də başlayacaq. Toplanışın ayın 24-dək davam etməsi nəzərdə tutulub.
Lakin hazırlığın tarixi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun ev və ya səfərdə keçirilməsindən asılı olaraq dəyişə bilər. İlk oyun evdə keçirilsə, komanda vətənə elə 24-də qayıdacaq. Əks halda isə oyuna birbaşa Türkiyədən yollanacaq.
“Qəbələ”nin Ərzuruma alternativ variantları da götür-qoy edir. Buna səbəb adıçəkilən məkanda sınaqçı rəqiblərin az olmasıdı. Ərzurumda yoxlama oyunları üçün rəqib tapmağın çətinliyi “qırmızı-qaralar”ı başqa məkana üz tutmağa vadar edə bilər.
Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları iyulun 2-də, cavab matçları 9-da keçiriləcək. Mövsümün ilk püşkatması isə iyunun 22-də baş tutacaq.
Mənbə: Apasport.az
saytlarin hazirlanmasi