Fabio Kapello məhkəməyə müraciət edir

01:55 - 8 May 2015

İtaliyalı mütəxəssis RFF-dən oulunu tələb edir
 
Rusiya Futbol Federasiyası (RFF) ilə milli komandanın baş məşqçisi Fabio Kapello arasındakı münasibətlərdə problemlər yaranıb.
 
Sportal.az xəbər verir ki, tərəflər arasındakı münasibətlərin pisləşməsinin əsas səbəbi maliyyə məsələsidir.
 
Fabio Kapellonun oğlu və meneceri Pyer Flipp Kapello jurnalistlərə açıqlamasında bildirb ki, RFF atasının son aylardakı məvacibini  gecikdirib. Üstəlik rusların ödəmələri xarici valyutanın aşağı kursu ilə ödəməsindən də narazı qalan italiyalılar bu barədə məhkəməyə müraciət etməyə hazırlaşırlar:
 
Xatırladaq ki, italiyalı mütəxəssis Rusiya yığmasında ilinə 7 milyon avro qazanır.

Xəbər xətti