İspaniya təmsilçisi finalın qapısını araladı
	 
	UEFA Avropa Liqasının 2014/15 mövsümü yarımfinalının ilk oyunları keçirilib. 
	 
	Sportal.az xəbər verir ki, “Sevilya” öz meydanında “Fiorentina”nı qəbul edib. Meydan sahiblərinin sona qədər üstün oynadıqları qarşılaşma əndalusluların 3:0-lıq qələbəsiylə başa çatıb. 
	 
	Bu nəticə ilə finalın qapısını aralayan "Sevilya" səfərə daha rahat və üstün durumda yollanıb.
	 
	 
	Avropa Liqası, yarımfinal mərhələsinin ilk oyunu
	 
	 
	“Sevilya” (İspaniya) – “Fiorentina” (İtaliya)  3:0
	Qollar: Vidal, 17, 52, Qameyro, 75
	 
	
                      
saytlarin hazirlanmasi