Aurelio De Laurentis UEFA prezidnetini istefaya səslədi
Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Dnepr”lə evdə bərabərə (1:1) qalması “Napoli”nin prezidenti Aurelio De Laurentis özündən çıxarıb.
Sportal.az xəbər verir ki, klub rəhbərini əsəbləşdirən ukraynalıların cavab topunu ofsaydan vurması olub. Belədə Laurentis UEFA prezidenti Mişel Platinin istefasını tələb edib:
“Belə şeyləri görəndə dözə bilmirəm. Rəqib qolu oyundan kənar vəziyyətdən vurdu. Onda belə oyunlara 6 hakim təyin olunmasının nə mənası var? Əgər onlar heç biri oyundan kənar vəziyyəti görmürsə, daha deməyə sözüm yoxdur. Mişel Platini qaranlıq otaqda az da olsa, bu barədə düşünsün. Belə görünür ki, artıq Platini işinin öhdəsindən gələ bilmir. Ona görə də istefa versəydi yaxşı olardı”.
saytlarin hazirlanmasi