“Napoli”yə qarşı açıq oynamaq sonda məğlubiyyətə aparar”
Avropa Liqasının yarımfinal mərhələsində səfərdə “Napoli” ilə heç-heçə (1:1) edən “Dnepr”in baş məşqçisi Miron Markeviç oyunla bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis oyundan sonra jurnalistlərin suallarını cavablanıdırb:
- Oyun baxımından “Napoli”yə məğlub olduq. Rəqib hərtərəfli bizi üstələdi. Nəticəyə gəlində istədiyimizi əldə etdik. İtaliyadan sərfəli nəticəylə qayıdırıq.
- Sizə elə gəlmirmi ki, fiziki cəhətdən komanda çatdırmadı?
- Ola bilsin ki, futbolçular həyacanlı idi. Onlar uğurlu nəticə qazanmaq üçün təzyiq altında oynayırdılar.
- Əvəzetmələriniz özünü doğrultdu?
- Hesabı bərabərləşdirə bilmişiksə, deməli doğruldublar. Bizim ehtiyat skamyada futbolçular azdır. Üç futbolçudan başqa qalanları gəncdir. Mateus isə hələ oyunlara hazır deyil.
- Duqlasın hücumçu İquaini zərərsizləşdirdiyini demək olarmı?
- Əgər İquain qol vura bilməyibsə, müdafiəçi işinin öhdəsindən gəlib.
-Oyunun qəhrəmanı Baykonu yoxsa Seleznyovu hesab edirsiz?
- Məncə, Baykodur. Məhz Seleznyova ötürməni o verdi.
- Seleznyov topu qapıdan keçirəndə siz köməkçi hakimə baxdınız...
- Mən ona baxmadım. Çünki baş hakim artıq mərkəzi göstərmişdi.
- Etiraf edirsiz ki, “Dnepr” “Napoli” qarşısında aciz idi?
- Başa düşün ki, biz hansı komandaya qarşı oynayırıq. Ukrayna çempionatında rəqabət elə də güclü olmadığından belə rəqiblərlə oyunda səviyyə fərqi özünü göstərir. “Napoli”ylə açıq oynamaq sonda məğlubiyyətə aparar. Əvvəl müdafiə düşünüb sonra oyunu əks hücumlar üzərində qurduq. Bu da sonda məntiqi nəticəsini verdi. İndi bizi daha çətin cavab oyunu gözləyir.
saytlarin hazirlanmasi