"Sumqayıt" yeni layihəyə start verir

17:33 - 11 May 2015

"Futbol və Sağlam Həyat"

 

"Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Futbol və Sağlam Həyat" layihəsi keçiriləcək.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, layihəni keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, məktəblilərin əla təhsil olmalarına stimul yaratmaq, futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gənclərimizi sağlama həyata yönləndirməkdir.

 

"Futbol və Sağlam Həyat" adı altındakı layihənin Sumqayıt şəhərində və onun ətraflarında yerləşən bütün orta təhsil ocaqlarında təhsil alan şagirdlər arasında keçiriməsi nəzərdə tutulub. Seminar tipli layihədə hər təhsil ocağından 10-12 yaş arası əlaçı şagird iştirak edəcək. Mayın 12-də "Futbol və Sağlam Həyat" adlı layihənin açılış mərasimi baş tutacaq. Saat 12:00-da başlanacaq tədbirə bütün KİV nümayəndələri dəvətlidir. Tədbirə gəlmək istəyən media nümayəndələri klubun mətbuat xidməti ilə əlaqə saxlaya bilər.

Xəbər xətti