Daha bir Premyer Liqa klubunda baş məşqçi istefası

18:45 - 11 May 2015

Uğursuz nəticələrdən sonra...

 

Rusiya Premyer Liqasında mübarizə aparan Moskva "Lokomotiv"ində baş məşqçi istefası baş verib.

 

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ardıcıl uğursuz nəticələrdən sonra Moskva klubunun baş məşqçisi Miodraq Bojoviç tutduğu vəzifədən istefa verərək klubla olan yollarını ayırıb.

 

Qeyd edək ki, "Lokomotiv" 27 turdan sonra 39 xalla 7-ci pillədə qərarlaşıb.

Xəbər xətti