"Qəbələ"yə bombardirindən şad xəbər

00:02 - 12 May 2015

Komanda məşqləri bərpa etdi
 
Azərbaycan Premyer Liqasının 34-cü turunda mayın 16-da “İnter”lə qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarına başlayıb.
 
Sportal.az xəbər verir ki, “Sumqayıt”la mayın 8-də səfərdə keçirilən 33-cü turun oyununun (2:0) ertəsi gün Bakıda məşq keçib, bir gün istirahətə buraxılan “qırmızı-qaralar” çalışmalarını bərpa edib.
 
Dünən Qəbələ şəhər stadionunda bir araya gələn komanda əvvəl fiziki hazırlıq keçib, ardınca toplu çalışmalara üstünlük verib. Bir müddət komanda ilə məşq keçməyib, “Sumqayıt”la oyunu buraxan Cavid Hüseynov da məşqə qatılıb. Hazırlıqlarda fizioterapiya kursu keçən Dodo və zədə səbəbindən müalicə olunan Ruslan Əmircanov iştirak etməyib. Roman Qriqorçukun komandası matça qədər hazırlıqlarını Qəbələdə davam etdirəcək.
 
Qeyd edək ki, "Qəbələ" - "İnter" oyunu mayın 16-da keçiriləcək.

Xəbər xətti