"Düşünmürəm ki, finala vəsiqəni təmin etmişik"

02:05 - 14 May 2015

“Sevilya”nın baş məşqçisi “Fiorentina”dan ehtiyat edir

 

Avropa Liqasının yarımfinal mərhələsində cavab oyununu “Sevilya” İtaliya təmsilçisi “Fiorentina”ya qarşı səfərdə keçirəcək. 

 

Sportal.az xəbər verir ki, ilk oyunda florensiyalılara 3:0 hesabı ilə qalib gəlmələrinə  baxmayaraq, “Seviya”nın baş məşqçisi Unai Emeri hələ finala vəsiqənı təmin etmədiklərini deyib:

 

“Ötənilki avrokuboklarda oyunumuz bizə dərs oldu. “Valensiya” ilə qarşılaşmanı yaddan çıxarmaq olmaz.  Onları evdə 3 top fərqiylə udsaq da, az qala cavab qarşılaşmasında oyun əldən gedirdi. Ona görə də “Fiorentina” ilə ilk oyunu yaddan çıxarmalıyıq. Düşünmürəm ki, finala vəsiqəni təmin etmişik. Çünki futbolda hər şey ola bilər. Mənə elə gəlir ki, bir neçə illər öncə Çempionlar Liqasında “Liverpul” və “Milan” final qarşılaşmasını xatırlasaq kifayət edər”.

Xəbər xətti