Futbolun sirlərini öyrədən iki məşqçi
Bir il öncə "Təhsil" Respublika idman mərkəzinin Gəncə filialının məşqçi müəllimləri Xəyal Zeynalovla Taryel Hüseynov ölkədə bir ilkə imza atıb.
Sportal.az xəbər verir ki, təcrübəli qapıçılar yeniyetmələrə futbolun sirlərini öyrədir. Onların əsas məqsədi ölkədə olan qapıçı problemini həll etmək, gələcəkdə milli komandaya layiqli çərçivə qoruyucularını yetişdirməkdən ibarətdir. Bu möhtəşəm layihədən artıq bir il ötür.
Qısa bir müddətdə bütün ölkəyə səs salan bu layihə bütün futbol ictimayyətinin diqqət mərkəzindədir. Bu məqsədlə mərkəzin Gəncə filialında veteran futbolçular, məşqçilər və valideyinlərlə görüş keçirilib. Geridə qalan 1 il ərzində əldə olunan uğurlar, məşqlər və keçirilən seminarlar müzakirə olunub. Filialın direktoru Xəyal Hacızadə tədbir iştirakçılarını salamlayıb və onları təbrik edib.
Hacızadə ilk öncə "Kəpəz" Peşəkar futbol klubunun premyerliqaya vəsiqə qazanması münasibəti ilə hər kəsi təbrik edib. Daha sonra "Gənc qapıçılar" klubunun üzvlərini başda məşqçi müəllimləri olmaqnan təbrik edib. Onlara bundan da böyük uğurlar arzulayıb. Hacızadə həmçinin bu gününün təsadüfü olmadıqını qeyd edib. Bü gün həmçinin bu layihənin yaradıcısı, idman ustası Xəyal Zeynalovun doğum günüdür. Xəyal Hacızadə mərkəzin kollektivi adından onu təbrik edib uzun ömür can sağlığı və işlərində müvəffəqiyətlər arzulayıb. İdmançılar da öz növbəsində təcrübəli qapıçını təbrik edib ona ürək sözlərini bildiriblər.
saytlarin hazirlanmasi