"Futbol və Sağlam Həyat" adlı layihə 35 saylı orta məktəbdə keçirilib

15:15 - 14 May 2015

Futbolun təbliği

 

"Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Futbol və Sağlam Həyat" layihəsi davam edir.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, layihə bu dəfə Sumqayıtın 18-ci mikroroyanda yerləşən 35 saylı orta məktəbdə baş tutub. Tədbirdə 35 saylı orta məktəbin şagirdləri ilə yanaşı 36 və 41 saylı orta təhsil ocağının da şagirdləri də iştirak edib.

 

Nəzərdə tutulduğu kimi "Sumqayıt" FK-nun texniki direktoru Frank Bernhardt əvvəlcə şagirdlərə futbol oyunu haqqında hazırladığı proqramı təqdim edib. Ardınca əvəzedici komandanın baş məşqçisi Samir Abasov şagirdlərlə sual-cavab oyunu keçirib və qaliblərə hədiyyələr də təqdim edib. Tədbirdə həmçinin "Paşa Həyat Sığorta" ASC-nin nümayəndəsi İlham Zamanov da iştirak edib. Yekunda iştirakçılara "Sumqayıt" FK-nun idman geyimləri, "Kapital Bank" ASC və "Paşa Həyat Sığorta" ASC-nin hazırladığı xüsusi hədiyyələr təqdim edilib.
 

Qeyd edək ki, "Futbol və Sağlam Həyat" layihəsini keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, məktəblilərin əla təhsil olmalarına stimul yaratmaq, futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gənclərimizi sağlama həyata yönləndirməkdir.

Sonda xatirə şəkli çəkdirilib.

Xəbər xətti