Biri gedib, digəri mövsüm bitən kimi gedir
Roman Qriqorçukun gəlişindən sonra Premyer Liqada iddiasını ortaya qoymağı bacaran “Qəbələ” yeni mövsüm üçün heyət formalaşdırır. Sportal.az xəbər verir ki, artıq bəzi futbolçularla yolların ayrılması ilə bağlı qərar çıxarılıb.
Klubdan verilən məlumata görə, rumıniyalı Adrian Ropotan artıq klubdan ayrılıb, brazilyalı müdafiəçi Rikardinyo isə mövsüm bitən kimi “Qəbələ”ni tərk edəcək.
Qeyd edək ki, Sportal.az-ın əldə etdiyi məlumata görə, yerlilərdən Ruslan Tağızadə və Anar Nəzirov da mövsüm bitəndən sonra klubdan gedəcək.
saytlarin hazirlanmasi