Ukrayna təmsilçisi "Napoli"ni məğlub etdi
Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Sportal.az xəbər verir ki, turnirin sürpriz komandası “Dnepr” Kiyevdə “Napoli”ni qəbul edib.
Əslində, bu qarşılaşmaya maraq daha böyük idi. Çünki Neapolda baş tutan ilk görüşdə qollu bərabərlik qeydə alınmışdı.Tarixində ilk dəfə yarımfinala qədər gəlib çıxan “Dnepr” adını finala yazdırmağı bacarıb. 57-ci dəqiqədə Seleznyovun vurduğu qol ukraynalıların İtaliya təmsilçisi üzərində 1:0 hesablı qələbəsini rəsmləşdirib.
Avropa Liqası, yarımfinal mərhələsinin cavab oyunu
“Dnepr” (Ukrayna) – “Napoli” (İtaliya) 1:0 (İlk oyun 1:1)
Qol: Seleznyov, 57
saytlarin hazirlanmasi